Biz Kimik?
Bern+Lab, dərinin və saçın təbii ehtiyaclarını elmi innovasiyalarla birləşdirən peşəkar dermo-kosmetika brendidir. Əsas məqsədimiz, dərinin və saçın alt qatlarından başlayan bərpa prosesini dəstəkləyərək daha sağlam və canlı bir görünüş əldə edilməsinə kömək etməkdir.
Akne, ləkə və yaşlanma əleyhinə hədəf yönümlü dəri həlləri ilə yanaşı, saçların kökdən uca qədər güclənməsini dəstəkləyən xüsusi baxım formullarımızla kompleks qulluq təklif edirik.
Bern+Lab gözəlliyi yalnız vizual nəticə kimi deyil, elmin və qayğının birləşdiyi davamlı sağlamlıq rutini kimi təqdim edir.
Məhsullarımız İsveçrə laboratoriyalarında test edilmiş, Türkiyədə istehsal olunmuşdur.