Bu gün sifariş edin, eyni gün çatdırılır!
Bu gün sifariş edin, eyni gün çatdırılır!
Bu gün sifariş edin, eyni gün çatdırılır!

LƏĞV VƏ QAYTARILMA SİYASƏTİ

"Bernlab" olaraq müştəri məmnuniyyətinə önəm veririk. Lakin təqdim etdiyimiz məhsulların xüsusiyyətlərini (kosmetik və şəxsi qulluq vasitələri) nəzərə alaraq, qaytarılma və ləğv qaydaları aşağıdakı kimi tənzimlənir:

1. Sifarişin Ləğv Edilməsi

  • Çatdırılmadan öncə: Sifarişiniz rəsmiləşdirildikdən sonra, lakin hələ kuryerə təhvil verilmədən (sifariş verildiyi andan etibarən ilk 1-2 saat ərzində) 010-239-53-53 nömrəsi ilə əlaqə saxlayaraq sifarişi ləğv edə bilərsiniz.

  • Kuryer yola düşdükdən sonra: Sifariş kuryerə təhvil verildikdən sonra ləğv edilərsə, çatdırılma haqqı müştəri tərəfindən ödənilməlidir.

2. Qaytarılma Şərtləri (Gigiyenik Qayda)

  • Qaytarılmayan Məhsullar: Azərbaycan Respublikasının qanunvericiliyinə və gigiyena normalarına əsasən, açılmış, vakuulu sındırılmış, qapağı açılmış və ya istifadə edilmiş kosmetik vasitələrin (serumlar, kremlər, şampunlar, toniklər və s.) geri qaytarılması və ya dəyişdirilməsi qətiyyən mümkün deyil.

  • Qaytarılma İstisnası: Yalnız qablaşdırması tamamilə bağlı olan, satış xüsusiyyətlərini itirməmiş məhsullar 14 gün ərzində qaytarıla bilər.

3. Zədəli və ya Yanlış Məhsul

  • Məhsul sizə çatdırıldığı anda kuryerin yanında yoxlanılmalıdır.

  • Əgər məhsulun qablaşdırmasında fiziki zədə (şüşənin sınması, mayenin axması) varsa və ya sifariş etdiyinizdən fərqli məhsul gəlibsə, məhsulu qəbul etmədən kuryerə geri qaytarmalısınız. Bu halda yeni məhsulun çatdırılması ödənişsiz həyata keçiriləcək.

4. Geri Ödəniş (Refund)

  • Ləğv edilmiş və ya qaytarılması qəbul edilmiş sifarişlər üzrə ödəniş, 7-10 iş günü ərzində (bank daxili qaydalardan asılı olaraq) ödəniş etdiyiniz karta geri qaytarılır.


Məsuliyyətli tərəf: Şirkət: Bernlab (VÖEN: 2009482451) Ünvan: Ağ Şəhər, İkinci Yaşıl ada 54B. Əlaqə: 010-239-53-53